İran ABŞ ilə sülhün dörd şərtini açıqladı
02 Aprel 2026
İranın Rusiyadakı səfiri Kazım Cəlali Tehranın ABŞ və İsrail ilə sülhə nail olmaq üçün zəruri saydığı şərtləri sadalayıb. Səfir TASS-a verdiyi müsahibədə bildirib ki, bu bəndlərin yerinə yetirilməsi istənilən atəşkəs və sülh təşəbbüsünün əsasını təşkil etməlidir:
"təcavüz və terror aktları"nın qəti və tam dayandırılması;
təcavüz və müharibənin təkrarlanmayacağına dair "obyektiv və etibarlı" zəmanətlərin verilməsi;
maddi və mənəvi zərərin tam ödənilməsi;
"beynəlxalq dəniz təhlükəsizliyinin qorunması üçün" İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasının tanınması.
Səfirin sözlərinə görə, Tehran təhlükə mənbəyi aradan qaldırılana qədər "özünümüdafiə hüququ" çərçivəsində mübarizəsini davam edəcək və diplomatik addımları, Rusiya da daxil, strateji tərəfdaşlarla əlaqələndirəcək.