İran ABŞ-ı gəmiçiliyi pozmaqda ittiham edərək Hörmz boğazını bağlıayb
07 Sentyabr 2026
Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlanıb.
"Press TV"nin xəbərinə görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
O qeyd edib ki, İran ordusu boğazdan keçməyə çalışan Amerika gəmilərinə atəş açır, lakin ətraf mühitə ziyan vurmamaq üçün onları batırmır.
"İran Amerikanın qaçaqmalçı gəmilərini batırmamaq qərarına gəlib, çünki onlar neft daşıyırlar və bu, regiona ekoloji ziyan vuracaq", - Rezai bildirib.
Daha əvvəl "Financial Times" qəzeti mənbələrə istinadən ABŞ-nin dörd aydır Hörmüz boğazında gizli mina təmizləmə əməliyyatı apardığını bildirib. Əməliyyata xüsusi təyinatlı dalğıclar, robot qayıqlar və ixtisaslaşmış sualtı sualtı aparatlar cəlb edilib.
Hörmüz boğazındakı mövcud vəziyyət məsuliyyəti Tehranın üzərinə qoymağa çalışan Vaşinqtonun hərəkətləri ilə təhrik edilib.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai "X" sosial şəbəkəsində bildirib.
"ABŞ dünyaya özlərinin yaratdığı sabitliksizlik üçün hesab təqdim etməyə çalışır, bunu isə İranın ayağına yazır. Müharibəni Amerika başladı, amma hesabı bütün dünya ictimaiyyətinin ödəyəcəyini düşünür və bunu edərkən İranı bu xaosun təqsirkarı kimi göstərir", - o yazıb.
Diplomat vurğulayıb ki, Hörmüz boğazı bu ilin 28 fevralına qədər gəmiçilik üçün açıq qalıb və naviqasiyanın pozulması yalnız regiondakı münaqişənin kəskinləşməsindən sonra baş verib.