Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran ABŞ hərbi bazasında "əsas obyekt"i vurduğunu bildirib

İran Küveyt ərazisində yerləşən ABŞ hərbi bazasında "əsas obyekt"i vurduğunu bildirib.

Bu barədə İranın Press TV televiziya kanalı məlumat yayıb.

Bazaya raket və pilotsuz təyyarələrin zərbələrindən sonra havaya tüstü buludlarının qalxdığı iddia edilir. Mümkün itki və ya ziyan barədə rəsmi məlumat yoxdur.

07:23

Küveyt ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını alır.

Bu barədə Küveyt ordusunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hazırda Küveytin hava hücumundan müdafiə qüvvələri İranla əlaqəli raket hücumları və pilotsuz uçuş aparatlarının hücumlarına qarşı mübarizə aparır", - deyə açıqlamada bildirilib.

İranın "Tasnim" agentliyi isə Küveytdə ehtimal ki, ABŞ hərbi bazalarının raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qaldığını bildirib.