Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran 5 gün, İraq 3 gün - Nəsrullaha görə matəm elan olundu

İranın ali dini lideri Ayətullah Əli Xameneyi “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullahın vəfatı ilə bağlı ölkədə beş günlük matəm elan edib.

İranda matəm elan olunması ilə bağlı məlumat Ayətullah Əli Xameneyinin müvafiq qərarında göstərilib.

İraqın Baş naziri Məhəmməd əl-Sudani də İsrailin Beyruta endirdiyi hava hücumunda həlak olan “Hizbullah” lideri Həsən Nəsrullahın xatirəsinə ölkədə üçgünlük matəm elan edib.

Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

“İraqın Baş naziri Məhəmməd əl-Sudani “Hizbullah”ın öldürülən baş katibi Həsən Nəsrullah və onun tərəfdaşlarının xatirəsinə ölkədə üçgünlük ümumi matəm elan edib”, – mətbuat xidmətinin məlumatında deyilib.