Logo
news content
User
Kateqoriyalar

Xəbər

İngiltərədə Ukrayna əsilli rusiyalı oliqarx müəmmalı şəkildə öldü

Ukrayna əsilli rus oliqarxı Mixail Vatford İngiltərənin Surrey şəhərindəki evində ölü tapılıb. Onun cəsədini bağbanı aşkarlayıb. İş adamının ölüm xəbəri Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda gündəm olub, qəzetlərin üst səhifəsində yerləşdirilib.  

66 yaşındakı iş adamının ölümünün rus oliqarxlara tətbiq edilən sanksiya xəbərindən dərhal sonra baş verməsi şübhə yaradıb. İngiltərə polisi iş adamının cəsədinin birinci gün bağban tərəfindən aşkarlandığına dair açıqlama verib.

Vatfordun ölümü “izahedilməz ölüm” kimi qeydə alınıb, polis “şübhəli ölüm” ifadəsini işlətməyib. Bu da oliqarxın qətlə yetirilmədiyi, lakin intihar edə biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.



2000-ci ilin əvvəlində İngiltərəyə köçən iş adamı adını dəyişib, onun adı Mixail Tolstoşey olub. O, sərvətini sahib olduğu neft emalı və təbii qaz şirkəti sayəsində qazanıb. Vatford Ukraynada doğulub. İş adamının vəfat etdiyi evi İngiltərənin Surrey şəhərində ən bahalı evlərdən biri kimi qiymətləndirilir, evin dəyəri 18 milyon funt sterlinqdir. Rus oliqarxın adı sanksiya tətbiq edilən oliqarxların siyahısına salınmayıb. Amma onun sanksiya siyahısına salınacağından narahat ola biləcəyi və buna görə də intihar etdiyi güman edilir.

Mixail Vatfordun ikinci həyat yoldaşı 41 yaşlı estoniyalıdır. İş adamının sərvətə sahib olduğu halda onun haqqında Vikipediya səhifələrində xəbər olmaması da maraq doğurub.

Mixail Vatford 1955-ci ildə Ukraynada anadan olmuşdu. Sərvətini isə SSRİ-nin dağılmasından sonra Rusiyada neft-qaz biznesi ilə məşğul olaraq qazanıb. “The Sun” nəşri onun ailəsinə yaxın mənbələrə istinadən bildirir ki, Vatfordun ölümü Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı ola bilər. Belə ki, oliqarxın ruhi vəziyyətinin bu müharibəyə görə pisləşməsi istisna edilmir, amma onun ölümü qaranlıqdır və suallar doğurur. (Virtualaz)