Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlk köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Artıq Bakı şəhərinin Qaradağ rayonundan yola salınan köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim olunub. 

Qeyd edək ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.