Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Cəbrayıl, Qubadlı, Zəngilanda olub

Prezident İlham Əliyev oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin açılışında iştirak edib, Cəbrayıl rayonunda yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi ilə tanış olub, rayon ərazisinə 18 ceyranın buraxılması mərasiminə qatılıb.

Prezident Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, beynəlxalq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub.

İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.

Dövlət başçısına Qubadlı şəhərinin baş planı təqdim olunub.

Qubadlıda İşğal və Zəfər muzeylərinin təməl mərasimləri də keçirilib.

Prezident Zəngilan rayonunda da olub, Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşüb, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salıb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməl mərasimlərində iştirak edib.