Logo
news content
User
Kateqoriyalar

Xəbər

II Qaregin və altı yepiskopun məhkəmə dinləmələri sentyabrın 18-də başlayacaq

Armavir vilayəti birinci instansiya məhkəməsinin hakimi Serj Ruşanyan bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskop barəsində cinayət işini baxılması üçün qəbul edib.

Ermənistan mediası xəbər verir ki, hakim ilkin dinləmələri sentyabrın 18-nə təyin edib.

Daha əvvəl hakim Serj Ruşanyan cinayət işini İrəvana göndərib. O, bu qərarını II Qareginə qarşı irəli sürülən ittihamın təsvirində ehtimal olunan əməlin törədildiyi yerin göstərilməməsi ilə əsaslandırıb.

Öz növbəsində İrəvan ümumi yurisdiksiya məhkəməsinin hakimi Vaaqn Malikyan məhkəmə aidiyyəti məsələsinin həlli üçün işi Kassasiya Məhkəməsinə göndərib, bu məhkəmə isə cinayət işinə Armavir vilayət məhkəməsində baxılmalı olduğuna qərar vermişdi.

Xatırladaq ki, II Qaregin və Erməni Apostol Kilsəsinin üzvləri dini rütbədən məhrum edilmiş Masiatsotn yeparxiyasının sabiq rəhbəri Arman Saroyanın iddiası üzrə təminat tədbirinin tətbiq edilməsi barədə məhkəmə qərarının icrasına mane olmaqda ittiham edilirlər.