İddia: Ukrayna ordusunun 4,8 min hərbçisi mühasirəyə alınıb
02 Sentyabr 2026
Ukrayna Silahlı Qüvvələrinin təxminən 4,8 min hərbçidən ibarət 13 batalyonu mühasirəyə alınıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakının yekunlarına dair mətbuat konfransında bildirib.
Putinin sözlərinə görə, söhbət Krasnooskol su anbarının şərq sahilində Ukrayna qüvvələrinin fiziki mühasirəyə alınmasından gedir.