Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hörmüz boğazını 30 gün ərzində minalardan təmizləyə bilərik - Heqset

ABŞ Silahlı Qüvvələri müvafiq şərait yaradılacağı təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsini 30 gün ərzində həyata keçirə bilər.

Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset "CBS News" telekanalına müsahibəsində deyib.

"Müvafiq şərait olduqda biz bütün bunları 30 gün ərzində edə bilərik", - o, müvafiq suala cavabında qeyd edib.