Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hindistanın Pakistana zərbələri nəticəsində ölənlərin sayı 26 nəfər çatıb, 46 nəfər yaralanıb

Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində həlak olan pakistanlıların sayı 26 nəfərə çatıb, 46 nəfər xəsarət alıb.

Bu barədə “Reuters” agentliyi Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının qərargah rəisi, general Asim Munirə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Hindistan Silahlı Qüvvələri dinc əhaliyə zərbələr endirib. Hindistanın zərbələrinə cavab vermək hüququ barədə BMT Təhlükəsizlik Şurasına məlumat verib.

Pakistan Silahlı Qüvvələrinin cavab zərbəsi nəticəsində Hindistanda 10 nəfər həlak olub, daha 48 nəfər xəsarət alıb.