Logo
news content
User
Kateqoriyalar

Xəbər

Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq

ABŞ-ın müdafiə naziri Pit Heqset İrana xəbərdarlıq edib.

Nazir regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları davam etdirəcəyi təqdirdə, Tehranın tankerlərini məhv edib batıracaqları ilə hədələyib.

"Hər şey sadədir: İran ABŞ gəmilərinə atəş açarsa, biz onların tankerlərini məhv edəcəyik və batıracağıq. Onlardan tələb olunan yeganə şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır", - deyə o əlavə edib.

Onun sözlərinə görə, İranın tanker donanması müdafiəsiz vəziyyətdədir. Hegset bildirib ki, İranın nə hərbi dəniz, nə də hava qüvvələri var və ABŞ-ın təyyarələri, gəmiləri və sualtı qayıqları bütün İran tankerlərinə zərbələr endirmək imkanına malikdir.