“HƏMAS”ın rəhbəri öldürülməyib
08 Oktyabr 2024
“HƏMAS” Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar sağdır və uzun sükutdan sonra müvafiq şəxslərlə əlaqə saxlayıb.
Bu barədə “Walla” portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.
Portalın həmsöhbətinin sözlərinə görə, Sinvar son günlər Qətərdəki “HƏMAS” nümayəndələri ilə əlaqəni bərpa edib və onlara məlumatlar çatdırıb.
İsrail rəsmisi bildirib ki, “HƏMAS” lideri məlumatlarında Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarla bağlı mövqeyinin yumşaldılmasına işarə etməyib.