Logo
news content
User
Kateqoriyalar

Xəbər

HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülüb

HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurası (TŞ) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirib. 

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin iqamətgahında keçirilən görüşdə iştirak edirlər.

İran Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.

Qeyd olunub ki, Tehran bu hadisənin təfərrüatlarını və aspektlərini araşdırmaqda davam edir.

Vurğulanıb ki, İ.Haniyənin ölümü İran və Fələstin arasında dərin və ayrılmaz əlaqələri daha da möhkəmləndirəcək.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.