HAMAS Yəhya Sinvarın öldürüldüyünü etiraf edib
18 Oktyabr 2024
HAMAS-ın xaricdəki siyasi lideri Bassem Naim hərəkatın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldüyünü etiraf edib.
Bu barədə “The Times Of İsrael” məlumat yayıb.
O, öz bəyanatında Yəhya Sinvarın İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı öldürülməsini etiraf edib: “İsrail liderlərimizi öldürməklə bizim qarşımızı alacağına və bunun Fələstin xalqının mübarizəsinin sonu demək olduğuna inanırsa səhv edir”.