Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hacıqabulda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Həsən Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yağışlı yolda idaretməni itirərək yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Abşeron rayon sakini, 1969-cu il təvəllüdlü Rahidə Abdullayeva hadisə yerində ölüb.

4 nəfər Abşeron rayon sakin -1969-cu il təvəllüdlü Budaq Aliyev, 1972-ci il təvəllüdlü Xatirə Alıyeva, 1965-ci il təvəllüdlü Xankişi Aliyev və 1997-ci il təvəllüdlü Turan Aliyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşıdrma aparılır. (APA)