Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstan Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etdi

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusu almaqla bağlı rəsmi müraciət imzalanıb.

Sənədi ölkənin Baş naziri İrakli Qaribaşili imzalayıb.

O, ölkə vətəndaşlarına müraciətində bu günü Gürcüstan üçün tarixi gün adlandırıb.

İ.Qaribaşvili qeyd edib ki, müraciət Gürcüstanın Avropaya inteqrasiyası yolunda növbəti önəmli addımdır.

Xatırladaq ki, Gürcütan Aİ-yə üzv olmaq üçün müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı. Ukraynada baş verən hadisələr fonunda qonşu ölkə ötən gün müraciəti vaxtından tez təqdim etməklə bağlı qərar qəbul edib. (Report)