Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcü müğənnilər “Azərbaycan” oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı gürcü musiqiçiləri Azərbaycan mahnısı səsləndirib.

Bu haqda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında paylaşım edib:

“Gürcü musiqiçilərinin ifasında məşhur “Azərbaycan” mahnısı. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan və Gürcüstan arasında “dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin” səmimi illüstrasiyası”.