Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gündə 2 litr su içmək: Alimlər "ehtiyac yoxdur" deyirlər


Şotlandiyanın Aberdeen Universitetinin tədqiqatçıları deyirlər ki, gündə 2 litr miqdarında su içmək tövsiyəsi çox vaxt lazım olandan artıqdır.





Bu yaxınlarda Science jurnalında dərc edilən araşdırmada gündəlik suya olan tələbatın bir hissəsinin artıq qidadan əldə edildiyi nəzərə alınıb.





Buna görə də alimlər gündə 1,5-1,8 litr suyun kifayət edəcəyini düşünürlər.





Əvvəlki tədqiqatların nümunə ölçülərinin kiçik və məhdud olduğu bildirilir.





BBC-yə danışan Aberdin Universitetindən Prof. Con Spekman deyib ki, gündə insanın 2 litr su içməsi normasının hesablanması kiçik bir qeyri-dəqiqlikdən qaynaqlanır.





Prof. Spekman bunu belə izah edir: "İçməli olduğumuz su, ümumi gündəlik tələbatımızla yeməklə aldığımız suyun miqdarı arasındakı fərqdir."





"İnsanların nə qədər qida istehlak etdiyini təxmin etməyin yolu insanlardan nə qədər yediklərini soruşmaq idi".





Onun sözlərinə görə, əvvəlki hesablamalar düzgün olmayıb, "çünki insanlar nə qədər yediklərini adətən azaltmağa çalışır və yedikləri yeməyin miqdarını olduğundan daha az göstərirlər."





"Nəticədə isə insanın gündə içməli olduğu suyun miqdarı gerçək ehtiyacdan daha artıq götürülür."





Bədənində suyun dövriyyəsi sürətlə gedən insanlar daha çox su içirlər









Araşdırma Aberdeen Universitetinin alimləri tərəfindən aparılıb





Araşdırma Aberdeen Universitetinin alimləri tərəfindən aparılıb




Yeni araşdırmanın keçirilməsi zamanı dünyanın müxtəlif ölkələrindən olan alimlərin əməkdaşlığı nəticəsində böyük sayda insan kütləsini əhatə etmək mümkün olub.





Tədqiqatda 23 ölkədən olan körpə uşaqlardan tutmuş 96 yaşınadək 5604 insan iştirak edib.





Alimlər sabit izotoplar adlanan üsuldan istifadə edərək insanların içdiyi sudakı hidrogen molekulunu onun sabit izotopu olan deyteriumla (ağır hidrogen) əvəz ediblər.





İnsan orqanizmində tapılan deyterium tamamilə zərərsiz bir elementdir.





Suyun orqanizmdə nə qədər sürətlə həzm olunduğunu öyrənmək üçün izafi deyteriumun hansı sürətlə insan bədənindən çıxdığı öyrənilib.





Müvafiq olaraq, su dövriyyəsinin sürəti daha yüksək olan insanlar daha çox su içirdilər.





Araşdırma nəticəsində müəyyən edilib ki, isti və rütubətli mühitlərdə və yüksək hündürlükdə yaşayanların, həmçinin idmançıların, hamilə və uşaq əmizdirən qadınların orqanizmində su daha yüksək sürətlə dövr edir.





Su dövranında ən vacib amil bədənin yandırdığı enerjinin miqdarı idi. Ən yüksək göstəricilər 20-35 yaş arası kişilərdə müşahidə olunub: Onların gündəlik su tələbətı orta hesabla 4,2 litr su təşkil edib.





Bu miqdar yaş artdıqca azalır və 90 yaşlrında olan kişilər üçün gündəlik su tələbatının orta həcmi təxminən 2,5 litr təşkil edir.





Qadınlarda da 20-40 yaş arası gündəlik su tələbətı orta hesabla 3,3 litr olduğu halda, 90 yaşlarında həmin göstərici təxminən 2,5 litr təşkil edib.





Yeməkdən alınan suyun miqdarı









Professor Speakman qeyd edir ki, adətən qidada kifayət qədər maye olduğundan ehtiyac duyduğumuz suyun böyük hissəsini məhz yeməklərdən alırıq





Professor Spekman qeyd edir ki, adətən qidada kifayət qədər maye olduğundan ehtiyac duyduğumuz suyun böyük hissəsini məhz yeməklərdən alırıq




Professor Spekman deyir ki, su dövranının həcmi birbaşa gün ərzində insanın içməli olduğu suyun miqdarı ilə eyni deyil.





"Hətta 20 yaşlarında olan kişinin 4,2 litr su içməsinə ehtiyac yoxdur. Bu miqdarın 15 faizi bədəndə su mübadiləsi və maddələr mübadiləsi nəticəsində əmələ gəl6ən sudur."





"Beləliklə, gündəlik tələb olunan su istehlakı 3,6 litrdir. Artıq bir çox qidaların tərkibində su olduğu üçün əhəmiyyətli miqdarda su sadəcə yemək hesabına təmin olunur."





"Bu araşdırma göstərir ki, hamımızın səkkiz stəkan su içməli olduğumuza dair ümumi tövsiyə əksər hallarda əksər insanlar üçün həddindən artıq yüksək olan bir normadır. Bu məlumatlar gündəlik su tələbatı normasına dair "universal bir reseptin" mövcud olmadığını göstərir."





Alim həmçinin deyir ki, bu tədqiqat gələcəkdə insanların suya ehtiyacını proqnozlaşdırmaq üçün irəliyə doğru atılmış böyük bir addımdır.





Çünki həddindən çox suyun içilməsi xərclərin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər.





"Təmiz içməli su pulsuz deyil", - Professor Spekman deyir və əlavə edir:





"Əgər 40 milyon insan hər gün lazım olan normadan orta hesabla yarım litr çox su içirsə, bu əlavə olaraq 20 milyon litr suyun içilməsi və sidiyə çevrilməsi deməkdir."





"Bu isə əlavə xərc deməkdir", - Con Spekman deyib.