Geriyə doğru irəli: Rusiyada yanacaq qıtlığına görə "Avro-3" benzinindən istifadəyə icazə verilib
03 İyul 2026
Rusiyanın Baş naziri Mixail Mişustin 2026-cı ilin sonuna qədər "Avro-3" standartları üzrə benzinin dövriyyəsinə icazə verən qərar imzalayıb.
Sənəd ölkənin rəsmi internet portalında dərc olunub.
Qərara əsasən, bəzi neft emalı zavodlarına tərkibində kükürdün miqdarına dair aşağı salınmış tələblərlə (hər kiloqram üçün 150 milliqramdan çox olmamaqla) avtomobil benzini dövriyyəyə buraxmağa icazə verilir.
"Qəbul edilən qərar mövcud tələbatı ödəmək üçün daxili bazara əlavə yanacaq həcmlərini yönəltməyə imkan verəcək", - Energetika Nazirliyindən bildirilib.
İyunun 28-də Rusiya Prezidenti Vladimir Putin ölkədə yanacaq qıtlığı barədə açıqlama verib, bununla belə, Rusiya lideri yanacaq çatışmazlığını "qeyri-kritik" adlandırıb.