Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gələn il dövlət büdcəsi 42 milyard manatdan çox olacaq

2027-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 1,6 % və 1,7 % çoxdur. Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun 2,2 %-i qədər və yaxud 3 milyard 166 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,3 % çoxdur.

Proqnozlaşdırılan büdcə gəlirlərinin 39,5 %-i və yaxud 15 milyard 480 milyon manatı neft-qaz sektorunun, 60,5 %-i və yaxud 23 milyard 754 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür.

Proqnozlaşdırılan büdcə xərclərinin isə 26 milyard 400 milyon manatının və yaxud 62,3 %-nin cari xərclər, 13 milyard 800 milyon manatının və yaxud 32,5 %-nin əsaslı xərclər, 2 milyard 200 milyon manatının və yaxud 5,2 %-nin isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olacağı nəzərdə tutulur.