Gələn il dövlət büdcəmiz 40 milyard manata yaxın olacaq
18 Sentyabr 2024
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, bunlar 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır. Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.