Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gecikmiş xınayaxdı: Van Dammın azərbaycanlı gəlini xına mərasimi keçirib - VİDEOLAR

Dünyaca məşhur aktyor Van Dammın oğlu Kristofer Van Barenberqlə ailə quran Suada Hacızadənin xına mərasimi keçirilib.

Xına mərasimi Bakıdakı restoranlardan birində baş tutub. Suada gecədən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Suada sosial şəbəkə hesabında paylaşım edərək həyat yoldaşının məclisə onlayn qoşulduğunu qeyd edib: “Adət-ənənəyə uyğun olaraq atamın, anamın, nənəmin, xala və bacılarımın üzü güldü. Bunlar xınanın, qız toyunun mənim ürəyimcə olması üçün artıq bəs idi. Pandemiyadan sonra demək olar ki, 1 il sonra nəhayət bu da oldu və bitdi. Kris də onlayn ABŞ-dan qoşuldu və birlikdə belə qeyd etdik. Pandemiyaya görə rəsmi nikah olandan sonra qeyd etməyə başladıq”.

Məclisə onlayn qoşulan Kris isə tezliklə Azərbaycana gələcəyini əlavə edib.

Qeyd edək ki, Kris və azərbaycanlı pianoçu Suada Hacızadə ötən il nikah bağlayıblar. Suada Hacızadə Prezident mükafatçısıdır, yeddi dəfə beynəlxalq musiqi müsabiqəsinin laureatı olub. (Oxu.az)