Logo
news content
User
Kateqoriyalar

Xəbər

Futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyənin I Liqasında mübarizə aparan "Denizlispor" komandasının üzvlərini daşıyan mikroavtobus aşıb.

Hadisə klubun səfərdə "Boluspor"a 0:3 hesabı ilə uduzduğu oyundan qayıdarkən baş verib.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal xəstəxanaya çatdırılan komanda üzvlərinin həyati təhlükəsinin olmadığı bildirilib.

Qeyd edək ki, "Denizlispor" 9 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.