Logo
news content
User
Kateqoriyalar

Xəbər

Futbol meydanı, hovuz, avtomobil dayanacağı, uşaq meydançası... - Finlandiyada əyləncə mərkəzi kimi sığınacaq - VİDEO

Finlandiyada hər-hansı təhlükə halında, o cümlədən nüvə zərbəsi zamanı ölkə əhalisini qoruya biləcək bomba sığınacaqları nümayiş olunub. Bununla bağlı süjet CNBC telekanalının efirində yayımlanıb.

Kadrlarda Helsinki yaxınlığında yerləşən bunkerlərdən biri əks olunub - içəridə futbol meydançası, bütün lazımi avadanlıqla təchiz olunmuş idman zalı, yeməkxana, avtomobil dayanacağı və uşaq meydançasının olduğu görünür.

Hər bir belə sığınacağa təxminən altı min vətəndaş sığır və güman edilir ki, ümumilikdə paytaxtın bütün əhalisinin bu sığınacaqlarda gizlənməsi mümkündür. Obyektlərin onilliklər əvvəl tikildiyi, sonradan modernləşdirildiyi vurğulanır.

Mayın 12-də Finlandiyanın Prezidenti Sauli Niyiniste və və baş naziri Sanna Marin ölkənin NATO-ya üzv olmaq ərizəsini dəstəkləyiblər. Hakimiyyət vurğulayır ki, ölkənin alyansa daxil olması müdafiə imkanlarının artırılmasında və ittifaqın gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.