Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransada Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb

Fransada Azərbaycan səfirliyinə hücum edən şəxslərdən biri saxlanılıb.

Belə bir iddia ilə fransız tarixçi Maksim Qauin öz tviter hesabında çıxış edib.

“Bu gün səhər saatlarında Paris polisi Daşnaksütyun erməni inqilabi federasiyasının Fransadakı gənclər şöbəsinin sabiq sədri, 2015-ci ildə “Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanı həbs edib. Yəqin ki, həbs Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə qarşı aksiya ilə bağlıdır”, - Qauin ötən gün yazıb.

Qeyd edək ki, sentyabrın 18-i ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum ediblər. Erməni vandalları səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıb. Onlara polis müdaxilə etməyib.