Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək

"Fitch" beynəlxalq reytinq agentliyi "Brent" markalı xam neftin orta qiymətinin 2026-cı ildə 1 barel üçün 87 ABŞ dolları, 2027-ci ildə 65 ABŞ dolları, 2028–2029-cu illərdə isə 60 ABŞ dolları olacağını proqnozlaşdırır.

Bu barədə beynəlxalq reytinq agentliyi olan "Fitch"in "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) reytinqinin təsdiqlənməsindən sonra dərc etdiyi hesabatda bildirilib.

Agentliyin proqnozlarına əsasən, Avropanın TTF qaz bazarında qiymətlərin də növbəti illərdə azalması gözlənilir. Belə ki, qazın 1 000 kubfutunun qiymətinin 2026-cı ildə 18 ABŞ dolları, 2027-ci ildə 9 ABŞ dolları, 2028–2029-cu illərdə isə 7 ABŞ dolları olacağı ehtimal edilir.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light" markalı neftin 1 barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrda açıqladığı proqnozlarında neftin bir barelinin orta illik qiyməti 2026-cı il üçün 92,8 ABŞ dolları, 2027-ci il üçün isə 82,8 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Təbii qaz üzrə AMB-nin iyulda açıqladığı qiymət proqnozu 2026-cı il üçün 1 000 kubmetrə 327 dollar, 2027-ci il üçün isə 294 dollar idi.

Qeyd edək ki, 1 000 kubfut 28,31 kubmetrə bərabərdir.