Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fidan: Türkiyə Rusiya və Ukrayna nümayəndələri arasında görüş təşkil etməyə hazırdır

“Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən danışıqlar masası arxasında bir araya gətirməyə hazırıq”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan kanadalı həmkarı Anita Anand ilə Ottavada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Hakan Fidan bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin mümkün olan ən qısa müddətdə dialoq yolu ilə və beynəlxalq hüquq əsasında başa çatmasını istəyir.

“Hazırkı mərhələdə diplomatik prosesdə durğunluğun yarandığını, münaqişənin daha da şiddətləndiyini və tərəflərin hərbi üstünlük əldə etməyə yönəldiyini müşahidə edirik. Diplomatik prosesin mümkün qədər tez yenidən canlandırılması zəruridir. Bu çərçivədə, daha əvvəl tərəflərə də bildirdiyim kimi, Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən ölkəmizdə danışıqlar masası arxasında bir araya gətirməyə hazır olduğumuzu buradan dünya ictimaiyyətinin də diqqətinə çatdırmaq istəyirəm”, - Fidan vurğulayıb.