Fidan: "İranla İsrail arasında mümkün müharibə ehtimalı yüksəkdir"
18 Oktyabr 2024
İsraillə İran arasında müharibənin başlaması ehtimalı yüksəkdir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.
“Müharibə başlayandan bəri xəbərdarlıqlarımızı etdik. Demişdik ki, müharibə daha da genişlənəcək. Bunun hər an artan davamını görürük”, - nazir qeyd edib.