Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fətullah Gülən ölüb

FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyü bildirilir.

Bu barədə FETÖ-nün mətbuat orqanı olan "Herkül" saytı məlumat yayıb.

Onun dünən yerləşdirildiyi xəstəxanada öldüyü vurğulanıb. F.Gülenin böyrək çatışmazlığı, şəkər xəstəliyi və demensiyadan əziyyət çəkdiyi qeyd edilib.

FETÖ rəhbərinin qohumu Ebuseleme Gülen sosial media hesabında m'lumatı təsdiqləyib.

Qeyd edək ki, Məhəmməd Fəthullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2016-ci il iyulun 15-də hakimiyyət çevirilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu.

Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.