Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fərhad Məmmədov: “Sülh Körpüsü” təşəbbüsündə vətəndaş cəmiyyətinin gələcək fəaliyyəti müzakirə olunub

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində keçirilən görüşdə geosiyasi məsğələlər və vətəndaş cəmiyyətinin gələcək fəaliyyəti müzakirə olunub.

Bunu “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində bu gün 4 müzakirə sessiyası keçirilib. Onlardan ilk iki sessiya geosiyasi və politoloji xarakter daşıyıb. Üçüncü və dördüncü sessiyalar isə vətəndaş cəmiyyətlərinin gələcək fəaliyyəti müzakirə olunub. Bu görüşün simvolik mənası odur ki, quru sərhədinin demarkasiya və delimitasiya olmuş hissəsindən keçid edilir, eləcə də bütün sərhəd keçid prosedurları həyata keçirilir”, - Fərhad Məmmədov qeyd edib.