Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan fasilələr fonunda ABŞ hərbçilərinin dəstəyi ilə Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır.

“Reuters” xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Hyustonda keçirilən enerji forumunda bildirib.

Onun sözlərinə görə, bu həcm ABŞ və İsrailin İranla münaqişəsi başladıqdan sonra Hörmüz boğazında bloklanmış neft axınının təxminən yarısını təşkil edir.

ABŞ-nin Energetika Nazirliyinin rəhbəri İran neftinin boğaz vasitəsilə nəql edilməyəcəyini bildirib, lakin razılaşma əldə olunacağı təqdirdə digər neft məhsullarının Fars körfəzi vasitəsilə tədarükünün maneəsiz həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib.

Onun sözlərinə görə, əgər razılaşma əldə olunmasa, ABŞ hərbçiləri region vasitəsilə yüklərin normal hərəkətinin bərpası üzrə işləri davam etdirəcəklər.