Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Facebook" Rusiyada bloklandı

Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb.

Bu barədə "Roskomnadzor"un mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından feysbuk tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb. Bunların arasında "Zvezda" telekanalı, "RİA Novosti" xəbər agentliyi, "Sputnik", "Russia Today", "Lenta.ru" və "Gazeta.ru" informasiya resursları var.