Logo
news content
User
Kateqoriyalar

Xəbər

"F-16"-ları Ukraynaya vermişik - Niderland rəsmən təsdiq etdi

Niderland ilk "F-16" qırıcılarının Ukraynaya çatdırılmasını rəsmən təsdiqləyib.

TASS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) bəyanatında bildirilir.

"Çatdırılma üçün ixrac lisenziyası iyulun 1-də verilib. Bundan sonra vəd edilən ilk "F-16"lar Ukraynaya təhvil verilib", - MN qeyd edib.

Təhvil verilən qırıcıların sayı qeyd olunmayıb. Ümumilikdə Niderland Ukraynaya 24 təyyarə göndərəcəyini vəd edib.

Sənəddə, həmçinin bildirilir ki, Niderland Ukrayna üçün pilotsuz təyyarələrin hərəkət planı üçün 400 milyon avro ayırıb. Onun çərçivəsində iki ölkə müasir dronların hazırlanması və uğurlu prototiplərin istehsalını sürətləndirmək üçün birgə işləyəcək. Bu vəsaitin demək olar ki yarısı Niderlandda qalacaq.

MN əlavə edib ki, bu günə qədər Ukraynaya hərbi yardımın ümumi həcmi 3,76 milyard avroya çatıb.