Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əsir düşən rusiyalı və ukraynalı hərbçilərin sayı açıqlandı

Rusiya tərəfindən əsir götürülən ukraynalı hərbçilərin sayı 6489-a çatıb.

“İnterfaks” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlayıb.

“Beş gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 126 hərbi qulluqçusu təslim olub”, - deyə Şoyqu qeyd edib.

Ukraynada isə 600-ə yaxın rusiyalı hərbi əsir var. “Hromadske” xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşuk bildirib.

O, qeyd edib ki, beynəlxalq hüquqa əsasən hərbi əsirlər üçün xüsusi düşərgə tikilməlidir.

Baş nazirin müavininin sözlərinə görə, bu yaxınlarda keçirilən görüşdə Rusiyanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ukraynalı əsirlərin saxlanıldığı yerə buraxmağa necə məcbur etmək və Rusiyanı əsir düşən əsgərlərii azad etməyə məcbur etmək barədə danışılıb. “Onların arasında 2014-cü ildən bu günə kimi Donetsk və Luqansk vilayətlərinin ərazisində qadınlar da daxil olmaqla saxlanılanlar da var”, - Vereşuk bildirib.