Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda yaşlıların sayı gəncləri üstələyir? - Hökumət təşvişdə...

Ermənistan qocalmış ölkələr sırasındadır. Başqa sözlə, ölkə əhalisinin sayı durmadan azalır və bu, ölkənin ümumi potensialına təsir edir. Və təsadüfi deyil ki, BMT-nin Əhali Fondunun məlumatına görə, Ermənistan gənclərin azalmasına görə dünyada birinci yerdədir. Gənclər hər bir dövlətin hərəkətverici qüvvəsi hesab olunur və gənclərin sayının azalması ilə dövlətin imkanları da azalır. Mütəxəssislərin fikrincə, illər sonra Ermənistanda elə bir mənzərə yarana bilər ki, yaşlıların sayı gənclərin sayından çox ola bilər.


Bu isə artıq dövlət üçün ciddi yükə çevrilə bilər, belə ki, nisbətən az sayda gənc işçilər tərəfindən ödənilən vergilər nəticəsində dövlət onların sayından qat-qat artıq olan pensiyaçıların sosial müdafiəsi məsələsini öz üzərinə götürə bilməlidir. Demoqrafik tənəzzülə isə doğum, ölüm, evlənmə, miqrasiya kimi amillər təsir edir. Bu amillərə müharibə vəziyyəti, sosial-iqtisadi vəziyyət, əhalinin mənəvi-psixoloji mühiti və s. daxildir.

Paşinyan 4 il əvvəl hakimiyyətə gələndə vəd vermişdi ki, onun siyasəti nəticəsində diaspor erməniləri ölkədə məskunlaşmaq üçün növbəyə duracaqlar. Amma bütün bunlar sözdən o yana keçmədi. Hətta Paşinyanın rəhbərlik etdiyi hərəkata xüsusi dəstək göstərmək üçün Ermənistana gələn tanınmış diaspor erməniləri nəinki ölkədə qalmaqdan imtina etdilər, hətta söz verdikləri kimi daşınmaz əmlak əldə etmədilər və tez bir zamanda xaricə qaçdılar. Paşinyanın hakimiyyəti illərində repatriasiya əvəzinə bu mühacirət, o cümlədən beyin axını Ermənistanda ən mühüm demoqrafik problemlərdən biri olaraq qalmaqda davam etdi.

Ermənilər ağır sosial-iqtisadi vəziyyətə görə köçməyə davam edir, müharibədən sonra ölkədə ümidsizlik artıb. Eyni zamanda, hökumət doğum səviyyəsini stimullaşdırmaq üçün müəyyən addımlar atdığını göstərir, lakin doğum səviyyəsi aşağı səviyyədə qaldığından demoqrafik nəticələrin qeydə alınması üçün kifayət etmir. Ona görə də Paşinyanın 2050-ci ilə qədər Ermənistanın 5 milyon əhalisi olacağı vədi də digər vədlər kimi siyahıda qalacaq. (ordu.az)