Ermənistanda poliqonda partlayış baş verib, hərbçi ölüb
03 Aprel 2026
Ermənistan Müdafiə Nazirliyinin Armavir bölgəsinin Baqramyan icmasında yerləşən təlim poliqonunda partlayış baş verib.
Ermənistan mediasının verdiyi məlumata görə, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, 39 yaşlı digər hərbçi isə yaralanaraq hərbi hospitala yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Ölən və yaralananın şəxsiyyəti, eləcə də hadisənin baş vermə səbəbləri müəyyən edilir.