Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda əsgər yoldaşlarını güllələyən hərbçi həbs olunub

Ermənistan ordusunun hərbçisi 3 əsgər yoldaşını güllələməkdə şübhəli bilinərək həbs olunub.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, insident zamanı əsgər Senik Arzumanyan ölüb və daha 2 əsgər yaralanıb.

Ermənistan İstintaq Komitəsi cinayəti törətməkdə təqsirli bilinən hərbi qulluqçunu həbs edib, ona ittiham irəli sürüb.

İnsidentin detalları açıqlanmır.(APA)