Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda 100-ə yaxın etirazçı saxlanılıb

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət mayın 16-da etiraz aksiyasına avtoyürüşlə başlayıb.

Paytaxt Yerevana bir neçə istiqamətdən daxil olan yürüşçülər mərkəzə doğru hərəkət ediblər. Yürüşçülər asta sürətlə hərəkət edir, küçələrdə nəqliyyatın hərəkətini dayandırmaq istəyirdilər.

Bunun ardınca polis avtoyürüşü dayandırıb və onlarla etirazçı saxlanıb.

Polis etirazçıların saxlanmasının səbəbini onlara izah etməyib.

Cərimə meydançası



Mayın 16-da ümumilikdə 90-dan çox vətəndaş saxlanıb. Bu da xəbər verilir ki, polis avtoyürüş sürücülərini maşınlardan dartıb çıxarırdı.

Sürücüsüz qalan avtomobilləri isə yedəklə cərimə meydanına aparırdılar.

Daha sonra polis bildirib ki, avtoyürüşçülər yalnız küçə hərəkətini dayandırmırdılar, onlar ümumən başqa nəqliyyat vasitələrinə təhlükə yaradırdılar.

Müxalifət gün ərzində daha hansı aksiyaların keçiriləcəyi barədə məlumat verməyib.

Bununla belə etirazçılar sabah, mayın 17-də daha böyük aksiya keçirəcəklərini elan ediblər.