Ermənistan üzvlük naminə Aİ-ni "şantaj etməyəcək"
16 Aprel 2026
Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük barədə qərardan asılı olmayaraq avrointeqrasiya kursundan qazanacaq.
Ermənistan mediası xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Ermənistan-Aİ Vətəndaş Cəmiyyəti Platformasının 8-ci ikitərəfli görüşündə bəyan edib.
Onun sözlərinə görə, İrəvan Aİ ilə yaxınlaşma prosesində təzyiq və ya "şantaj" tətbiq etmək niyyətində deyil. "Bəli, biz Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması barədə qanun qəbul etdik. Strategiyamız bundan ibarətdir ki, "bizi bir ay ərzində qəbul etməlisiniz" deyərək şantaj alətlərindən istifadə etməyəcəyik", - o qeyd edib.
N.Paşinyan vurğulayıb ki, hətta imtina halında belə ölkə islahatlardan fayda əldə edəcək. "Əgər Avropa İttifaqı bizi qəbul etmək qərarına gəlsə, bu, əla olacaq. Bu baş verməsə, biz yenə də qazanacağıq, çünki ən yüksək standartlara uyğun müasir ölkəyə çevriləcəyik", - Baş nazir bəyan edi