Ermənistan ordusunun Baş Qərargah rəisi: "Azərbaycanla yeni müharibəyə əsas yoxdur"
29 Oktyabr 2024
Hazırda hərbi eskalasiya təhlükəsi yoxdur, sərhəddə vəziyyət nisbətən stabildir.
Bu barədə Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan Azərbaycanla müharibənin mümkünlüyü barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Baş Qərargahın təhlilləri müharibənin mümkünlüyü barədə danışmağa əsas vermir.
Demarkasiya prosesindən danışan Baş Qərargah rəisi hər şeyin sülh yolu ilə gedəcəyinə əmin olduğunu vurğulayıb.