Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan hökuməti Kərki kəndini ərazi klasterindən çıxardı

Ermənistan hökuməti dünən keçirilən iclasında kənd icmalarının birləşdirilməsi proqramını qəbul edib.

Azərbaycanın işğal altındakı Kərki kəndi təsdiqlənmiş ərazi klasterlərindən heç birinin tərkibinə daxil olunmayıb.

Kərkini əhatə edən kənd icmalarının hamısı Ararat vilayətinin eyniadlı klasterinə daxil edilib.

Belə ki, Ararat şəhəri, Ararat, Arazdəyən, Avşar, Armaş, Zanqakatun, Lancar, Noyakert, Paruyr Sevak, Surevanav, Vardaşat və Urçalanc kəndləri vahid icmada birləşəcək.

Erməni mediası bu yaşayış məntəqələrinin əhatəsində yerləşən Kərki kəndinin klasterə salınmamasını onun yaxın zamanlarda Azərbaycana qaytarılması ilə bağlı yayılan xəbərlərin təsdiqi kimi qəbul edir.(modern.az)