Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların iş reqlamentini təsdiqləyib
23 Oktyabr 2024
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti ratifikasiya edib.
Ermənistan KİV-i xəbər verir ki, sənədin lehinə 67 deputat səs verib.
Bitərəf və əleyhinə səs verən olmayıb. Müxalifətin “Hayastan” və ““Şərəfim var” fraksiyaları müzakirə və səsvermədə iştirak etməyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.