Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Putini Ukraynada təcili atəşkəsə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə Ukrayna böhranı müzakirə edilib.

R. T. Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Türkiyə Prezidenti təcili atəşkəsin bölgədəki humanitar problemləri aradan qaldırmaqla yanaşı, siyasi həll yolunun axtarışına da imkan verəcəyini bildirib.

R. T. Ərdoğan Ukrayna probleminin ən qısa zamanda sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu da Rusiyalı həmkarına bildirib.

Qeyd edilib ki, Türkiyə Prezidenti Rusiya Prezidentini birlikdə sülhün yolunu açmağa çağırıb.

Görüşdə Türkiyə-Rusiya münasibətləri də müzakirə olunub.