Ərdoğan: "Fələstin və Livandan sonra İsrailin hədəfi Türkiyə torpaqları olacaq"
02 Oktyabr 2024
Nə edir etsin, gec-tez İsrailin qarşısı mütləq şəkildə alınacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün parlamentin yeni sessiyasının açılışında bildirib.
Onun sözlərinə görə, Netanyahu hakimiyyəti Türkiyəni də hədəf olaraq görür.
İsrailə xəbərdarlıq edən Türkiyə lideri onu da vurğulayıb ki, “Livana qurudan hücum əməliyyatının nəticələri keçmişdəki işğallara bənzəməyəcək”.
Ərdoğan əlavə edib ki, Fələstin və Livandan sonra İsrailin gözünü dikəcəyi yer Türkiyə torpaqları olacaq.
“Bədəli nə olursa-olsun, Türkiyə İsrailin qarşısında durmağa davam edəcək”, - Ərdoğan əlavə edib.