Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
04 Oktyabr 2026
Hörmüz boğazının yenidən açılması İranın şərtlərinin qəbul edilməsi və blokadanın aradan qaldırılması ilə şərtləndirilib.
“Tasnim” xəbər verir ki, bu barədə İran xarici işlər naziri ölkədəki səfirlərlə görüşdə bildirib.
"İran ixtilafların həll edilməsi və Amerika ilə mövcud münaqişələrə son qoyulması üçün "7 günlük plan" təqdim edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında mühüm diplomatik təşəbbüs irəli sürüb", - Əraqçi xatırladıb.
Onun sözlərinə görə, İranın şərtləri qəbul edildiyi təqdirdə, Hörmüz boğazı yeddi gün ərzində tamamilə açılacaq: "Bu həyati əhəmiyyətli magistralda gediş-gəliş öz normal məcrasına qayıdacaq".
Daha əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin vasitəçilərlə bəzi təkliflər irəli sürdüyünü, lakin İranın Hörmüz boğazının açılması ilə bağlı tutduğu mövqedən geri çəkilmədiyini vurğulayıb.
Xatırladaq ki, İranın şərtlərinə dəniz mühasirəsi, iqtisadi təzyiq də daxil olmaqla, ABŞ hücumlarının dayandırılması, bütün cəbhələrdə müharibənin başa çatdırılması, İranın dondurulmuş və ya məhdudlaşdırılmış aktivlərinin azad edilməsi, iki sahilyanı dövlət arasında razılaşdırılmış şəkildə təhlükəsiz gəmiçilik marşrutunun qəbul edilməsi daxildir.