Əliyev və Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını ediblər
20 Oktyabr 2022
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Türkiyə liderini gətirən təyyarə Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Daha sonra Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.