Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əli Əsədov Pezeşkiana İlham Əliyevin COP29-a dəvətini çatdırıb

İyulun 31-də İranın yeni prezidenti Məsud Pezeşkian onun andiçmə mərasimi üçün Tehrana gələn Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edib.

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin verdiyi məlumata görə, Əsədov İran prezidentinə bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyevin dəvətini çatdırıb.

Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

Ötən gün Pezeşkian və İranın ruhani lideri Əli Xamnei Azərbaycan hökumətinin başçısına məhəl qoymadan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib və bu, Bakıda mənfi reaksiyaya səbəb olub.