Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfsanəvi Mirça Luçesku vəfat edib

Futbol üzrə Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku 80 yaşında ürək tutmasından vəfat edib.

Bu barədə jurnalist Emanuel Roşu "X" sosial şəbəkəsində məlumat yayıb.

"Faciəvi xəbər. Mirça Luçesku 15 dəqiqə əvvəl vəfat edib", - o yazıb.

Xatırladaq ki, Luçesku martın 29-da da təcili xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti Slovakiyaya uçuş ərəfəsində, son məşqdən əvvəl keçirilən texniki iclas zamanı pisləşmişdi. Aprelin 2-də isə o, Rumıniya millisinin baş məşqçi postundan ayrılmışdı.

M.Luçeskunun səhhətindəki problemlər 2025-ci ilin sonunda kəskinləşməyə başlayıb. Yanvarın sonunda o, kəskin soyuqdəymənin ürək problemlərini ağırlaşdırması səbəbindən daha bir neçə gün xəstəxanada qalmalı olmuşdu.

Zəngin məşqçilik karyerası olan rumıniyalı mütəxəssis İtaliyanın "İnter", "Piza", "Breşiya", Türkiyənin "Qalatasaray", "Beşiktaş", Ukraynanın "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) komandalarına rəhbərlik edib. O, 2024-cü ildən Rumıniya yığmasını çalışdırırdı.