Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfsanə qayıdır: Messi növbəti "Qızıl top" mükafatına əsas namizəddir

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının 2023-cü il üçün əsas namizədləri bəlli olub.

"Goal" nəşrinin ilkin proqnozuna əsasən, birinci pillədə Fransa PSJ-sində çıxış edən Argentina millisinin futbolçusu Lionel Messi qərarlaşıb.

Qeyd edək ki, İspaniya "Barselona"sından Fransanın PSJ klubuna keçən argentinalı çox uğursuz mövsüm keçirmişdi. O, hətta 2022-ci il "Qızıl top" mükafatı iddiaçılarının siyahısına da düşməmişdi.

İkinci və üçüncü sırada onun komanda yoldaşları Neymar (Braziliya) və Mbappe (Fransa) yer alıb.

İlk "10-luğ"u müqaviq olaraq Erlinq Holann ("Mançester Siti, Norveç), Robert Levandovski ("Barselona", Polşa), Vinisius Junior ("Real Madrid", Braziliya), Kevin De Brüyne ("Mançester Siti", Belçika), Kərim Benzema ("Real Madrid", Fransa), Məhəmməd Salah ("Liverpul", Misir) və Fil Foden ("Mançester Siti", İngiltərə) qapayır.

İtaliya "Napoli"sində çıxış edən Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya 15-ci olub.

Reytinq oyunçuların mövsümün əvvəlindəki çıxışlarına əsasən tərtib olunub.